20 yanvar faciəsi

Bu gün məktəbimizdə “20 yanvar” faciəsinin 27- ci ildönümü ilə əlaqədar olaraq “Azadlığa gedən qalı,şanlı yolumuz” adlı amım tədbiri keçirilmişdir. Şəfa Kərimovanın rəhbərlik etdiyi 7c sinif şagirdləri həmin faciəli günlərdə öz ölkəsinin ,xalqının azadlığı şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini bir anlıq yad etdilər. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.Şagirdlər,uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığını, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdən söz açdılar ,o gecə Azərbaycan xalqının göstərdiyi mübarizliydən danışdılar.Şəhidlərimizin ruhunu həmişə yad edəcəklərinə və itirilmiş torpaqlarımızın geri qaytarılmağı üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz verdilər.Sonda tədbir “unutmaq olarmı Sizi şəhidlər”mahnısı ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi