"Neft-kimya prosesləri institutuna" ekskursiya

10 noyabr 2016-cı il tarixində məktəbin direktoru Fikrət müəllim Xəlilov,kimya müəllimi Axundova Sənubər və məktəbin kimyasevər şagirdləri ilə birlikdə Y.Məmmədəliyev adına "Neft-kimya prosesləri institutu"nda ekskursiyada oldular.Kimyasevər şagirdlərin məqsədi Y.Məmmədəliyevin xatirə muzeyində iştirak etmək və onun Azərbaycan xalqı qarşısında gördüyü xidmətləri öyrənmək idi. Bu muzeydə gələn şagirdləri institutun direktoru Vaqif Abbasov və kimya elmləri doktoru Yeganə Ağazadə qarşıladı.Y.Məmmədəliyevin gördüyü işlərdən danışdı.Daha sonra şagirdlər Y.Məmmədəliyevin muzey kimi qorunub saxlanılan kabinetində oldular.Şagirdlər görüşdən xoş təssüratlarla ayrıldılar.Məktəbin direktoru kimyasevər şagirdlərə göstərdikləri diqqətə görə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi