Ahıllar günü

Məktəbimizdə 1 oktyabr 2016-cı il tarixində "Ahıllar günü" münasibətilə tədbir keçirildi.Tədbiri hazırlayan ibtidai sinif müəllimi Z. Qənbərova tədbiri açıq elan edib, iştirak edən qonaqları salamladı. 3-cü sinif şagirdləri şeirləri, mahnıları, rəqsləri ,müdrik xalq kəlamları ilə nənə- babalarını təbrik etdilər .İştirak edən qonaqlar belə əlamətdar günün qeyd edilməsinə ,ahıllara olan diqqətə görə məktəbin direktoruna , pedaqoji kollektivinə minnətdarlığını bildirdi .Məktəbin direktoru F.M.xəlilov qonaqları salamladı, belə gözəl tədbir hazırladığına görə Z.Qəmbərovaya öz təşəkkürünü bildirib, xalqımızın həmişə müdrik insanlara hörmətlə yanaşdığını vurğuladı.Tədbirdə xatirə şəkli çəkildi .Sonda ağbirçəklər, ağsaqqallar çay süfrəsinə dəvət olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi