Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində keçirilən "Açıq Dərs "

     Bakı şəhəri Xətai rayonu 221 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfəq Bayramova 07.02.2020 - ci il tarixində 11 " c " sinfi ilə Azərbaycan dili fənnindən açıq dərs keçirərək fənn aylığına start vermişdir. 

     S.Ə.Şirvaninin " Oğluma nəsihət " və " Aslan və iki Öküz " əsərləri əsasında üslublar , onların fərqli və oxşar xüsusiyyətləri şagirdlər tərəfindən izah edilmiş , çətin anlaşılan ərəb - fars sözləri , izafət tərkiblərin  mənası açıqlanmışdır. 

     " Alp " , " Əsən " , " Ərən " , " Uçmaq " kimi adlanan qruplar nəzm parçası ilə öz qruplarının adını açıqlamışlar . 

      " Ərən " qrupunun lideri Məhəmməd Heydərli öz məktubu ilə hamını kövrəltmişdir . Qeyd edək ki , bu , şəhidlik zirvəsinə ucalmadan öncə bir əsgərin anasına ünvanladığı məktub idi . Məktub Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum gününə təsadüf etdiyi üçün hər kəsdə qürur , şərəf hissi doğurmuşdur . 

       Dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi