I Yarımilin Yekunlarına Həsr Olunmuş Pedaqoji Şura iclası

       31 yanvar tarixində 221 nömrəli tam orta məktəbdə Pedaqoji şuranın növbəti iclası keçirildi və ilk yarımilliyin hesabatı verildi . gündəlik məsələ olaraq 2019- 2020 - ci il tədris ilinin I yarımillik yekunu , IX siniflərdə müxtəlif fənlərdən keçirilən monitorinqlərin nəticələri , buraxılış siniflərin imtahana hazırlıq səviyyəsi , V siniflərin I yarımil nəticələri ilə keçən ilin nəticələrinin müqayisəli təhlili , olimpiada nəticələri , zəif nəticə göstərən şagirdlərə diqqətin artırılması , valideyn - məktəb münasibətləri , daxili nizam - intizam məsələləri müzakirə olundu. 

       Məktəbin direktoru Günel Səmədova II yarımildə müəllimlərin daha da məsuliyyətli çalışmalarını , keyfiyyət faizinin artırılmasını , şagird müəllim münasibətlərinə xüsusi nəzarət olunmasını qeyd etdi və I yarımil ərzində səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlərə təşəkkür olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi