" Eastor West Home is Best and together we can do it "

         Xarici dil fənn aylığının yekunu ilə əlaqədar 28 dekabr 2019 - cu il tarixində 221 nömrəli məktəbdə ingilis dili müəllimi Pərvanə Səmədova və təlim tərbiyə işləri üzrə direktor müavini Arzu Mehrəliyevanın təşkilatçılığı ilə " Eastor West Home is Best and together we can do it " adlı tədbir keçirildi. Tədbirde 7 övladının 6 - nı müxtəlif ölkələrə göndərmiş Azər ata və Baycan ananın 31 dekabr Ümumdünya Azərbaycanlılarının Həmrəyliyi Günündə övladlarını doğma ocaqda - Azərbaycanda görmək arzuları əks olundu.Tədbir boyunca övladlar müxtəlif ölkələrdən gələrək ata və ananın arzularını gerçəkləşdirirlər. Belə ki, Azər ata vətən qarşısında borcunu övladlarına təhsil verməklə tamamlandığını bildirir və onların hərəsinin bir diyarda olduğundan öz köklərini unudacaqlarından nigarandır. Lakin övladlar bir - birinin ardınca - İngiltərə , Hindistan, İspaniya , Fransa, Amerika və Rusiyadan gələrək dünyanın hansı yerində olmaqlarından asılı olmayaraq Vətənin çağırışına hər an cavab verməyə hazır olduqlarını və öz köklərini unutmadıqlarını nümayiş etdirdilər.

        Tədbirin sonunda məktəbin direktoru Günel Səmədova Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi, vacibliyi ,əhəmiyyəti haqqında gələn qonaqlara məlumat verdi.Yüksək səviyyədə təşkil olunmuş bu gecədə əziyyəti olan bütün müəllim kollektivinə , o cümlədən ingilis dili metodbirləşmə rəhbəri Ülkər Səmədovaya və rus dili metodbirləşmə rəhbəri Firuzə Nəbiyevaya , Pərvanə Səmədovaya , Arzu Mehrəliyevaya minnətdarlıq bildirildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi