Lütfi Zadənin fəaliyyəti haqqında nə bilirik

         221 nömrəli məktəbin informatika fənn müəllimi Həkimova Şəhla " İnformatika Gecəsi " adlı tədbir keçirdi. Tədbirdə informatika elmi, informasiya, kompyuterin yaranma tarixi, alqoritm haqqında maraqlı məlumatlar çatdırıldı. Kompyuter və internetin faydalı və zərərli tərəflərinə aid video çarx nümayiş etdirildi. Sonra şagirdlər rəqs və mahnı ifa etdilər. Kompyuter qurğularının bəhsi adlı səhnəciklər göstərdilər. Tədbirdə qeyri səlis məntiqin banisi, azərbaycanlı alim Lütfi Zadə həyatını əks etdirən video çarx nümayiş etdirildi. Eyni zamanda gələcəyin texnologiyalarının insan həyatında məlumatlar verildi. Sonda şagirdlər arasında bilik yarışması keçirildi. Qaliblərə diplom verildi.Tədbir rəngarəng proqram məzmunu ilə iştirakçılar tərəfindən müsbət qiymətləndirildi.Qalib komanda üzvləri Fəxri Fərmanla mükafatlandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi