" MÜBARİZLƏR " ADLI HƏRBİ ESTAFET KEÇİRİLDİ

           221 nömrəli tam orta məktəbdə 21 dekabr 2019-cu il tarixində GÇH üzrə hərbi rəhbəri Bədəlov Rəşad müəllimin rəhbərliyi altında Dünya Azərbaycanlıların Həmrəylik Gününə Həsr olunmuş " Mübarizlər " adlı hərbi estafet keçirildi.

         Oyunun tərkibində 2 komanda, hər komandada 8 nəfər, 5oğlan 3 qız olmaqla ümumi 16 nəfər iştirak etdi. Oyun 8 mərhələdən ibarətdir.

         1.60 metr məsafəyə qaçış

         2.İdman estafeti

         3.Qumbaranın ən uzaq məsafəyə atılması

         4.Maneənin altından keçərək dəf olunması 

         5.Maneənin üstündən keçərək dəf olunması 

         6.Avtomatın sökülməsi və yığılması

         7.Darağın doldurulması və boşaldılması

         8.5 metr məsafədən hədəfin vurulması

Hərbi oyun məktəbin həyətində və idman zalında keçirildi.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi