Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi

    11.12.2019-cu il tarixində məktəbin 8d və 8ə sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş " Heydər Əliyev və Azərbaycan "  mövzusunda  " dəyirmi masa " keçirildi. " Dəyirmi Masa " məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Vəfa Quliyeva  və Aynur Abdullayeva  tərəfindən məktəb kitabxanasında təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra Heydər Əliyevin həyatını əks etdirən maraqlı slaydlar göstərildi.  Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti , Azərbaycanın iqtisadi - siyasi və mədəni həyatında əvəzsiz rolu haqqında çıxışlar etdilər. Sonda " Dəyirmi Masa "  fəal iştirak edən şagirdlərə " Təşəkkürnamə " lər verildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi