"Torpaq uğurunda ölən varsa Vətəndir" mövzusunda tədbir

01.05.2018 - ci il tarixində məktəbdə məktəbin şəhid məzunları Nadir Məhəmməd oğlu Mahmudov və İlham Ağalar oğlu Ağaverdiyevin xatirəsinə həsr lunmuş "Torpaq uğurunda ölən varsa Vətəndir" tədbiri keçirildi.Tədbirdə şəhidlərin ailə üzvləri,döyüş yoldaşları iştirak etdi.
Tədbiri məktəbin direktoru açaraq bu məzunların hər birisinin məktəbimizin tarixinə qızıl hərflərlə yazılan,öz qısa həyat yolu ilə təhsil alan hər bir şagird üçün örnək olan,vətənpərvərlik,igidlik simvolu sayıla bilən şəhidlik zirvəsinə ucalaraq ölməzliyə qovuşan,bir ömür yaşadıqlarını vurğuladı.
Şagirdlər şəhidlərin hər birisi haqqında məlumat verdi,onların barəsində slaydlar göstərildi.Vətənpərvərlik mahnıları ifa edildi.Sonra şəhid məzunların ailə üzvlərinə,döyüş yoldaşlarına söz verildi.Azərbaycanın Milli Qəhrəmanı,İlhamın cəbhə dostu F.Qəhrəmanov aprel döyüşlərindən danışaraq dövlətimizin ordu quruculuğu sahəsində uğurlarından danışdı.Tədbirin sonunda məktəbin direktoru qonaqlara təşəkkürünü bildirdi.