22 oktyabr-Kitabxana günü

Beynəlxalq Məktəb Kitabxanaları Günü UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. 2008-ci ildən bu günün qeyd olunması aylığa çevrilib (22 oktyabr – 22 noyabr). Bu isə hər bir məktəb kitabxanasına ay ərzində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir. Bu münasibət ilə məktəbimizin də kitabxanaçıları Əfəndiyeva Səkinə ,Eyvazova Yaqut kitabxana günlərini şagirdlərlə birgə  qeyd etdilər. Şagirdlər kitabxanaya üzv olub və kitabxana ilə tanış oldular. Şagirdlər  kitabxanaçıları təbrik edərək maraqlandıqları  kitablardan əldə etdilər. Sonra  şagirdlərə məktəb kitabxanası, onun fondu haqqında məlumatlar verildi. Məqsəd  kitabxana və kitabların  necə yaranması, hamının həyatında böyük rol oynadığını  şagirdlərin nəzərinə  çatdırmaqdır.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi