Narkomaniyaya son deyək adlı rəsm müsabiqəsi

    29 mart 2024-cü il tarixində VII siniflər arasında təsviri incəsənət müəllimi Sevinc Talıbovanın təşkilatçılığı ilə “Narkomaniyaya son deyək” adlı rəsm müsabiqəsi keçirildi. İlk öncə yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışıldı. Bildirildi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görülür. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğulandı. Sonra rəsm müsabiqəsinə start verildi. Rəsm müsabiqəsinin  keçirilməsində məqsəd cəmiyyətin xüsusilədə şagirdlərin siqaret və digər zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, şagirdlərin maarifləndirilməsi və bu yolla narkomanlığın qarşının alınması üçün qabaqlayıcı profilaktik tədbirlər görməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi