Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq

    06 mart 2024-cü il tarixində informatika müəllimlərinin təqdimatında “Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq” mövzusunda nümunəvi dərs keçirilib. Təqdimatlar zamanı ilk öncə müəllimlər şagirdlərə komputerin müasir zamanda nə dərəcədə əhəmiyyətli olduğu ilə bərabər eyni zamanda onun fəsadlarından, insan sağlamlığına vurduğu ziyandan, düzgün istifadə etmədikdə yaratdığı problemlərdən danışdılar. Qeyd olundu ki, informasiya texnologiyalarının həyatımızın bir parçasına çevrildiyi bir vaxtda onların insana vurduğu zərər danılmazdır. Uşaqların gələcək təhsil və inkişaflarında bu texnologiyanın çox vacib rol oynaması faktı ilə yanaşı kompüterin sağlamlıq və psixoloji baxımdan mənfi təsirləri də var. Bildirildi ki, bu zərərlərdən ən başlıcası gözlərə dəyir. Şagirdlər məlumatlandırıldı ki, kompüterə mütəmadi baxdıqda göz qırpma hərəkətləri azalır, görmə qabiliyyəti get-gedə zəifləyir. Daha sonra komputerin orqanizmdə yaratdığı osteoxondrioz, solioz xəstəliklərindən, ürək-damar pozğunluqlarından, ürəkbulanma, çəkiartımı, qulaqlarda küy kimi simptomlardan da danışıldı və şagirdlərə kompüterlə məşğul olarkən bu halları diqqətə almaları tapşırıldı. Müəllimlər eyni zamanda kompüterdəki oyunların uşaqlarda “komputer asılılığı sindromu” yaratmasından, yeniyetmə və gənclərdə aqressiya riskini artıran psixo-emosional müvazinətin ciddi pozğunluqlarından, kompüter asılılığına məruz qalmış şəxsin ailədə nizamsızlıq və münaqişələr yaranmasından və nəticədə isə övlad valideyn münasibətlərinin pozulması hallarından da söhbət açdılar. Daha sonra şagirdlər də özlərinin bu mövzu haqqındakı fikirlərini bildirərək, internetdən hansı səviyyədə istifadə etmələri barədə məlumat verdilər. Sonda bir daha vurğulandı ki, düşüncəli yanaşma ilə komputerdə çalışmaların əldə etdikləri fayda əvəzsizdir. Ağıllı maşınların uşaqlarımızın düşməninə deyil, dostuna çevrilməsi üçün onlardan məhz ağılla istifadə etmək lazımdır. “Əgər özünüzə sağlam gələcək bəxş etmək istəyirsinizsə, kompüterdən səmərəli istifadə edin, kiçik dəmir parçasının sizin həyatınızı ələ keçirməsinə imkan verməyin” şüarı ilə təqdimatlar yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi