Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi

VIIb sinfində  kitabxanaçıların və Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənsoy Gözəlin təqdimatında Azərbaycan Xalq Cumhuriyyətinin təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibəti ilə anım tədbiri keçirildi.Tədbirin əsas məqsədi Azərbaycan tarixində əvəzolunmaz simalarından olan Məhəmməd Əmin Rəsulzadənin Demokratik Respublikanın qurulmasında böyük rolu olduğunu şagirdlərin nəzərinə çatdırmaqdır.Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanıldı. Gözəl müəllim və  kitabxanaçılar Rəsulzadənin keçdiyi həyat yolundan danışaraq islami kimlik mövzusundan söz açdı. Onun türk və şərq dünyasında həm siyasətçi həm ədəbiyyatşünas kimi tanınan, vətəni üçün özündən, ailəsindən, canından keçən milli qeyrətli şəxsiyyət olması haqqında söhbət aparıldı. Sonra şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi, videoçarxlar izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi