Reproduktiv sağlamlıq

    28 fevral 2024-cü il tarixində məktəbimizin IX siniflərində psixoloq Ramiyə Məmmədlinin və məktəbin biologiya müəllimi Şövqiyyə Məmmədovanın təqdimatında "Reproduktiv sağlamlıq"la bağlı söhbət aparıldı. Təlimin məqsədi yetkinlik yaşına çatmış qızları reproduktiv sağlamlığın bütün komponentləri ilə tanış etmək və sağlam həyat tərzi haqqında məlumatlandırmaqdır. Təlim zamanı yeniyetmə qızlara reproduktiv sağlamlıq barədə daha geniş məlumatlar verilməklə yanaşı bu məsələnin mənəvi dəyərləri xüsusilə vurğulandı. Eyni zamanda reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verildi, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olundu. Bildirildi ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm  məsələsidir. Şagirdlərə reproduktiv sağlamlıqla bağlı  videoçarx nümayiş etdirildi və sonda  şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi