Xocalı faciəsinə aid film nümayiş olundu

     Məktəbin "Xocalı soyqırımının 32-ci ildönümü" ilə bağlı Fəaliyyət Planının 21 fevral  2024-cü il tarixli 3-29-59/3-2-95 F/2023 nömrəli əmrə müvafiq olaraq  27 fevral 2024-cü il tarixində məktəbin akt zalında Xocalı faciəsinə həsr olunmuş sənədli filmə baxış keçirildi. İlk olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Nicat İsmayılov çıxışında 32 il bundan əvvəl Ermənistanın Azərbaycana, mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi. Daha sonra şagirdlərə Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi. Şagirdlər nümayiş etdirilən sənədli filmdən Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən bəlalar haqda məlumat aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi