Ədəbi-bədii kompozisiya keçirildi

      Məktəbin "Xocalı soyqırımının 32-ci ildönümü" ilə bağlı Fəaliyyət Planının 21 fevral  2024-cü il tarixli 3-29-59/3-2-95 F/2023 nömrəli əmrə müvafiq olaraq 26 fevral 2024- cü  il tarixində məktəbin akt zalında məktəbin kitabxana müdiri Səkinə Əfəndiyeva, kitabxanaçısı Yaqut Eyvazova və psixoloqu Ramiyə Məmmədli tərəfindən Xocalı Soyqırımına həsr edilən “Xocalı yaddaşı” adlı anım tədbiri keçirildi. Tədbir Azərbaycanın müstəqilliyi uğrunda gözlərini qırpmadan fəda edən şəhidlərinin və Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Tədbirin əsas məqsədi Xocalı faciəsinin nəinki Azərbaycanda, bütün dünyada daha çox unudulmayan dəhşətli soyqırım kimi Azərbaycan şagirdinin yaddaşında dərin iz qoymasıdır. İlk öncə kitabxanaçı Yaqut Eyvazova Xocalı faciəsi haqqında ətraflı məlumat verdi sonra faciəni videoçarxla daha yaxından şagirdləri tanış etdilər. Bundan sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş edildi. Xocalı faciəsinə həsr olunmuş şeirlər dinlənildi. Vətən müharibələrində torpaqlarımızın işğaldan azad olunması ilə şagirdlərimizin və Xocalı faciəsində amansızcasına qətlə yetirilən günahsız insanların qanlarının yerdə qalmadığı auditoriyanın nəzərinə çatdırıb. Son olaraq şagirdlərlə birgə müəllimlər Xudayar təsnif ilə tədbiri bağlı elan etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi