Xocalı faciəsinə həsr olunmuş divar qəzetləri

    

  Məktəbin "Xocalı soyqırımının 32-ci ildönümü" ilə bağlı Fəaliyyət Planının 21 fevral  2024-cü il tarixli 3-29-59/3-2-95 F/2023 nömrəli əmrə müvafiq olaraq 23 fevral 2024-cü il tarixində "Xocalı soyqırımının 32-ci ildönümü"nə həsr olunmuş divar qəzetləri hazırlanmışdır. Divar qəzetlərinin hazırlanmasında lV sinifdən Xl sinfədək bütün siniflər fəal iştirak edib və hazırladıqları materialları məktəbin dəhlizindən asaraq sinif adından çıxış ediblər. Şagirdlərin hazırladıqları divar qəzetlərində bir-birindən maraqlı fikirlər öz əksini tapıb. Onlar Xocalı faciəsi haqqında məlumat verərək bu hadisəni heç vaxt unutmayacaqlarını və artıq vətən naminə bu hadisənin qisasını aldıqlarını bildiriblər. Şagirdləri ümumxalq faciəsinin anılmasına təşviq etməkdə əsas məqsəd onlarda vətənpərvərlik ruhunu inkişaf etdirmək, Azərbaycançılıq ideologiyasını dərk elətdirmək və milli ruhda tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi