Ana dili günü

    21 fevral 2024-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq Beynəlxalq Ana Dili günü ilə bağlı mühazirə aparıldı."Dilim varsa,mən varam" mövzusu çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Nəcəfova dilimizin xəlqiləşmə prosesindən,yad ünsürlərdən müdafiə yollarından danışdı. Daha sonra tarix müəllimi Şəfa Ağababayeva dilimizin tarixi inkişafından, müəyyən tarixi dövrdə zamanın süzgəcindən keçib  bugünəcən qorunmasından bəhs etdi. Şagirdlərin əcnəbi dillərin dilimizə təsiri mövzusunda araşdırmaları dinlənildi, şeirlər söyləndi. Məqsəd dilimizin saflığının qorunmasını şagirdlərə aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi