Şagirdlərin yeni ədəbiyyatla tanışlığı

    20 fevral 2024-cü il tarixində məktəbin kitabxana müdiri Səkinə Əfəndiyeva və kitabxanaçı Yaqut Eyvazovanın təşkilatçılığı ilə kitabxananın fəal üzvlərini və digər şagirdləri kitabxanaya yeni gələn milli və xarici kitab və vəsaitlərlə tanış etdilər. Kitabxanaçılar  "Gənc nəslin formalaşmasında  kitabxanaların rolu" mövzusunda çıxış edərək, şagirdlərdə mütaliəyə marağının artırılması, kitabların sevdirilməsi baxımından onların üzərinə düşən vəzifələrdən söz açdılar. Kitab təbliğatının əsas məqsədi bu gün  şagirdləri kitaba və kitabxanaya cəlb etmək, yeni kitablarla tanış etməklə kitaba maraqlarını artırmaqdır. Kitabxanaya cəlb olunan şagirdlər istək və maraqlarına əsasən kitablardan əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi