Siqaretin zərərləri

    15 fevral 2024-cü il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədlinin  təşkilatçılığı ilə VIII sinif sagirdləri arasında ''Siqaret çəkməyin zərərləri'' mövzusunda maarifləndirici söhbət aparıldı. Söhbət zamanı zərərli vərdişlər, siqaret çəkməyin sağlamlığa ziyanı haqqında geniş məlumat verildi. Siqaret çəkəndə insanda nələr baş verir, necə olur ki, siqaretdən aslı oluruq, bizi siqaret çəkməyə motivasiya edən nədir, niyə tərgidə bilmirik, bu kimi məsələlər müzakirə olundu. Psixoloq siqaret çəkən insanlarda yarana biləcək xəstəliklərdən danışaraq, bildirdi ki, insanlar siqaret çəkməyə başlayarkən onun tərkibindəki nikotinə alışır. Onu da qeyd etdi ki, nikotin alkoqol və kokoin qədər güclü təsirə malikdir. Sonda şagirdlərə siqaretin zərərlərindən bəhs edən videoçarx nümayiş etdirildi və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi