Dəyirmi masa keçirildi

    "20 Yanvar faciəsinin otuz dördüncü il dönümü ilə bağlı Tədbirlər Planı"na əsasən  19 Yanvar 2024-cü il tarixində məktəbin foyesində və kitabxanasında kitabxanaçılar tərəfindən 20 Yanvar faciəsini əks etdirən stend hazırlandı və “Tariximizin şanlı səhifəsi” adlı dəyirmi masa təşkil olundu. İlk öncə himn səsləndirildi və 20 Yanvar qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər hazırladıqları  şeirləri səsləndirdilər və faciə haqqında söhbət etdilər. Bundan əlavə bu günü kitabxanaçılar ibtidai siniflərdə  də şagirdlərlə də birgə yad etdilər. Məqsəd şagirdlərə xalq, vətən sevgisini, mübarizə əzmini aşılamaq, onlarda vətənpərvərlik ruhunu formalaşdırmaqdır. Nəticə olaraq hər birimiz "20 Yanvar faciəsi"nin səbəbkarlarına qarşı nifrət hissini, vətən, millət sevgisini əks etdirərək, dünyada bu cür faciələrin təkrarlanmasına öz etirazımızı bildirməliyik. Məktəb kollektivi və şagirdlər vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir, Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi