20 Yanvar faciəsinə həsr olunmuş tədbir

    18 yanvar 2024-cü il tarixdə şagirdlərə 20 Yanvar faciəsini təbliğ etmək, Azərbaycan xalqının məruz qaldığı vəhşiliklər barədə maarifləndirmək və onları vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi ilə məktəbin fəaliyyət planına uyğun olaraq Ümumxalq  Hüzn gününə həsr olunmuş  tədbir keçirildi. Məktəbin akt zalında keçirilən tədbirdə VII-XI sinif şagirdləri və fənn müəllimləri iştirak etdi. Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirildi, sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlər şeirlər səsləndirdi və “Xudayar təsnifi” ifa edildi. Tədbirdə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, xalqımızın iradəsinə qəsdən yeridilmiş acı nəticələrdən söhbət açıldı. Tədbirin sonunda şagirdlərə bu tarixi hadisəni heç vaxt unutmamaq tövsiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi