VI-VII siniflərdə monitorinq keçirildi

    29 dekabr 2023-cü il tarixində BŞTİ-nin tapşırığı ilə VI və VII siniflərdə monitorinq keçirildi. Monitorinq VI siniflərdə Təbiət, VII siniflərdə isə Azərbaycan tarixi fənləri üzrə aparıldı. Şagirdlərə 20 test tapşırığı təqdim olundu. Sualların cavablandırılması üçün onlara 45 dəqiqə vaxt verildi. Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi