Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır

    `25 dekabr 2023-cü il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədlinin təqdimatında məktəbin  VIII siniflərində ''Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır'' mövzusunda maarifləndirici söhbət aparıldı. Psixoloq əvvəlcə şagirdlərə sağlam qidalanmanın faydaları, gigiyenanın nə olduğu haqqında geniş məlumat verdi və sağlam qidalanmanın orqanizmdə, xüsusilə yeniyetmələrin fiziki  və zehni fəaliyyətlərində önəmini qeyd etdi. Həmçinin onu da vurğuladı ki, şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Eyni zamanda şagirdlərə sağlam və düzgün qidalanma, xeyirli və zərərli qidalar, sümüklərə faydalı olan qida məhsulları, vitaminli qidaların qəbulu, gigiyena qaydalarına riayət etmək, yolxucu xəstəliklərdən qorunmaq və dişlərə qulluq haqqında da məlumat verildi. Məqsəd şəxsi və ümumi gigiyena qaydalarını şagirdlərə öyrətmək, ətraf mühitin insan orqanizminə təsirini  izah etməkdir. Sonda şagirdlərin fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi