Heydər Əliyevin anım günü

    12 dekabr 2023-cü il tarixində məktəbin kitabxanasında kitabxana müdiri Səkinə Əfəndiyeva, Yaqut Eyvazova və tarix müəllimi Aytac Məmmədova tərəfindən Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi.  İlk  öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli Liderin xatirəsi bir  dəqiqəlik sükutla yad edildi. Daha sonra tarix müəllimi Aytac Məmmədova çıxışında Ümummilli liderin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verdi. Kitabxanaçılar  tərəfindən  hazırlanan Ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olundu  və şagirdlərin ifasında liderin aforizmleri və ona həsr olunan şeirlər dinlənildi . Dəyirmi masanın təşkilində əsas məqsəd  Heydər Əliyevin həyat yolunu  və siyasətini şagirdlərə daha yaxından tanıtmaq idi. Dahi şəxsiyyət, əbədiyaşar lider, müasir, müstəqil Azərbaycan dövlətinin  memarı  və qurucusu Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində daim yaşayır  və yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi