İbtidai siniflərdə distant təhsil

    01 dekabr 2023-cü il tarixindən məktəbin ibtidai siniflərində distant təhsilə start  verilib. Distant təhsil Microsoft Teams platforması üzərindən aparılmaqla yanaşı, təhsilalanların təhsilə əlçatanlığını daha asan təmin etmək məqsədilə zoom, google meet, vatsap və digər platformalar üzərindən də təşkili təmin edilib. Dərslər məktəbin növbəlilik rejiminə uyğun formada təşkil edilib. Direktoryanı müşavirənin qərarına əsasən I növbədə dərslər hər fənn üçün 30 dəqiqə olmaqla saat 10:00-12:00, II növbədə isə saat 14:00-16:00 aralığında təşkil edilib. Qeyd edək ki, 24 noyabr 2023-cü il tarixdən məktəbdə yayılan qızılca xəstəliyinin qarşısının alınması məqsədi ilə 30 noyabr tarixdən məktəbin ibtidai sinifləri Qaradağ rayon Gigiyena və Epidemilogiya idarəsinin müayinə aktına əsasən iki həftə müddətində distant təhsilə keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi