Yusif Əliyevin doğum günü keçirildi

    01 dekabr 2023 – cü il tarixində məktəbimizdə I dərslər Milli Qəhrəman Yusif Əliyevin  54 – cü doğum gününə həsr edildi. Bütün siniflərdə, həmçinin məktəbin kitabxanasında kitabxanaçılar və müəllimlər tərəfindən məlumatlar verildi. Dərslərdə şəhidimizin keçdiyi çətin, şərəfli həyat yolu və fəaliyyətinə həsr olunmuş videoçarx göstərildi. Milli Qəhrəmanın xatirəsinə həsr edilmiş şeirlər səsləndirildi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Milli Qəhrəmanın məktəb həyətindəki büstünün qarşısına gül dəstələri qoyuldu. Dərsin məqsədi şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək və onlara vətənə sevgi hissini aşılamaq, Milli Qəhrəmanın keçdiyi şərəfli həyat yolu və fəaliyyəti ilə yaxından tanış etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi