Füzuli şəhəri ili adlı dəyirmi masa

        2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Bu münasibətlə18 oktyabr 2023-cü il tarixində IIIç sinfində Dəyirmi masa keçirilib. Dəyirmi masada şagirdlər Füzuli şəhərinin işğaldan azad edilməsi  uğrunda gedən şiddətli döyüşlərdən işğal altında qalmış kəndlərdən, dağıdılmış tarixi abidələrdən təbiətə qarşı vandallıq əməllərdən danışdılar. Füzuli şəhərinin infrastrukturu, ərazisi, əhalisi ilə yaxından tanış oldular. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirilmiş hərbi qulluqçuların “Füzulinin azad olunmasına görə” medal  ilə  təltif edilməsini vurğuladılar. Dəyirmi masanı keçirməkdə məqsəd şagirdləri ermənilərin işğal müddətində Füzuli şəhərinin, rayonunun kəndləri, tarixi, mədəni abidələri, qəbirstanlıqları və təbiətə qarşı vandallıq əməlləri ilə tanış etməkdir.

                                                                                                                                                                                                                                                                                                                                                                                            

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi