Mütaliə günü

17 oktyabr 2022-ci il tarixində məktəbin kitabxanasında “Mütaliə günü” ilə bağlı oxunması zəruri olan kitablardan sərgi təşkil olunub.Bədii-elmi kitabların sərgisində kitabxana müdiri Səkinə Əfəndiyeva və kitabxanaçı Yaqut Eyvazova oxucuları yeni nəşrlərlə tanış etdi və şagirdlərin dünyagörüşlərinin və bilik dairəsinin genişlənməsində mütaliənin rolunu nəzərə alaraq onlara kitablar haqqında qısa məlumat verdilər. Kitabxanaçılar bildirdilər ki ardıcıl, məqsədyönlü kitab oxumayan insan kamillik zirvəsinə yüksələ bilməz. "Mütaliə günü "nün keçirilməsində məqsəd şagirdlərdə mütaliəyə diqqətin artırılması,onlar arasında oxu vərdişlərinin inkişaf etdirilməsidir.Sonda şagirdlər zəruri və ya maraqlı olan yeni və köhnə nəşr kitablarla təmin olundu,adları siyahıya alındı.