Direktorumuz Esmira müəllim test imtahanı mərhələsində iştirak edən məktəbin müəllimlərini yüksək nəticə göstərdiklərinə görə təbrik etdi.

Direktorumuz Esmira müəllim Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat və ingilis dili fənni üzrə təhsilverənlərin sertifikatlaşdırması prosesinin test imtahanı mərhələsində iştirak edən məktəbin müəllimlərini yüksək nəticə göstərdiklərinə görə təbrik etdi.

Qarşısında Günəş dursa, kiçilər,

Ömrü-günü öz boyuna biçilər,

Sadə ömrü min ömürdən seçilər,

Bər-bəzəksiz bir şöhrətdir müəllim.

Onsuz qara günə düşər zəmanə,

Onsuz dönüb cahilləşər zəmanə,

Müəllimlə dahiləşər zəmanə,

Tarixlərə şəhadətdir müəllim.

Barmaqları bir ordunun yarağı,

İradəsi bir şahlığın dayağı,

Bir dövlətin, səltənətin çırağı,

Həm ürfandır, həm sərvətdir müəllim.

Ürəyincə yada düşsə, duyulsa,

Babaların saydığı tək sayılsa,

Onun haqqı öz yerinə qoyulsa,

Bir qanundur, bir dövlətdir müəllim,

Həm hikmətdir, həm qüvvətdir müəllim.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi