“Kiçik  tədqiqatçılar” komandalarının təşkili

 İbtidai sinif  şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri  üzrə Təhsil  İdarəsinin   “Kiçik  tədqiqatçılar” müsabiqəsinin keçirilməsi barədə F-436 nömrəli  21.11.2019-cu il tarixli  əmri  qəbul edilmişdir.

Müsabiqədə iştirak etmək üçün məktəbin  II-IV sinif şagirdlərindən  ibarət kiçik tədqiqatçılar  komandaları nın yaradılması ilə əlaqədar iclas keçirilmişdir. İclasda komandalar və komandalara rəhbərlik edəcək müəllimlər müəyyənləşdirilmişdir.  26.11.2019-02.12.2019-cu il tarixlərdə müsabiqənin məktəbdaxili mərhələsini təşkil ediləcək,  qalib komanda haqqında sifariş formasını və  komandanın təqdiqat işini 10  dekabr   2019-cu il tarixədək  Təlimə  Dəstək Mərkəzinə  göndəriləcək.

Rayon mərhələsi   11-13 dekabr  2019-cu il  tarixlərdə təşkil olunacaqdır. Bu mərhələdə komandaların  tədqiqat işləri  ixtisaslı  kadrlardan  yaradılmış Münsiflər heyəti tərəfindən  qiymətləndiriləcək.

        Müsabiqənin Bakı   şəhər mərhələsi  18-20  dekabr  2019-cu il  tarixlərdə təşkil olunacaqdır. Bu mərhələdə  komandaların tədqiqatları  Münsiflər heyəti  tərəfindən dinləniləcək və qalib komandalar  müəyyənləşəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi