“Mənimlə danış” kampaniyası çərçivəsində 9c şagirdləri ilə maarifləndirici seminar

 9c sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın əsas məqsədi  məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Həmçinin seminarda ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilib. 

Məktəbdə sağlam mühitin yaradılması ilə bağlı, eyni zamanda "Bullinqin öhdəsindən necə gələ bilərəm ?!" mövzusu ətrafında müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi