Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıblar

    13 noyabr 2019-cu il tarixində Nərimanov rayonunun orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərindən 40 şagird “Ölkəmizi tanıyaq” 12-ci maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıblar.
 “Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Prezident İlham Әliyevin diqqət və qayğısı ilə hәyata keçirilən dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
    Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Səfər çərçivəsində məktəblilər rayonlarımızın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, qədim abidələri ilə tanış olub, geniş məlumat əldə ediblər.
    Şagirdlərimiz tur çərçivəsində Nərimanov rayonunu və məktəbimizi layiqincə təmsil edib, təşkil olunmuş yarışlarda uğurlaiştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi