Qida təhlükəsizliyi mövzusunda seminar

    Təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə məktəbimizin 9-cu sinif şagirdləri arasında "Qida təhlükəsizliyi" adlı seminar keçirilmişdir. Seminarda şagirdlər tərəfindən hazırlanmış təqdimatlar nümayiş etdirilmiş, sağlam və təhlükəli qidalar haqqında referatlar söylənmiş və diskusiya təşkil olunmuşdur. Seminarda həmçinin Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 24 dekabr 2018–ci il tarixli qərarı ilə, ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri haqqında məlumat verilib. Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradıldığı haqqında danışılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi