Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə məktəbin tarix müəllimi Rəvanə Kazımova şagirdlərlə birgə dəyirmi masa keçirmişdir. Tədbiri giriş sözü ilə Rəvanə müəllim açaraq Konstitusiya günü münasibətilə  iştirakçıları təbrik edib və 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Tədbirdə qeyd edilmişdirki, 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq ölkəmizin Əsas Qanunu - Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Ümummilli Liderimiz, müdrik siyasətçi və böyük vətənpərvər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən əsas amil olmuşdur. Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratmışdır. Qeyd edimişdir ki, qəbul edilmiş Konstitusiyada əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulmuş və ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir. Konstitusiya ölkəmizdə demokratik dəyişikliklərə yol açmış və bütün sahələrdə inkişafa təkan vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi