ŞAGİRDLƏRİN 9 NOYABR-DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR EDİLMİŞ ƏL İŞLƏRİ

    Azərbaycan Respublikasının Dövlət bayrağı Günü münasibətilə qəbul edilmiş tədbirlər planına əsasən məktəbimizdə müxtəlif formatlarda tədbirərə keçirilmişdir. Bugün ibtidai siniflərdə bayraq gününə həsr edilmiş tədbirlərdən biri də ibtidai sinif müəllimləri Leyla və Ofellanın rəhbərliyi ilə şagirdlərin hazırladığı əl işləri rəngarəngliyi ilə diqqəti çəkdi. Qeyd edək ki,  siniflərdə şagirdlər tərəfindən  rəsm və texnologiya dərslərində  düzəldilmiş əl işlərindən ibarət sərgilər hazırlanmışdır. 

    Şagirdlərin milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil edilən belə tədbirlərdə dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu bir daha dərk etmiş olurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi