9 noyabr "Bayraq günü" tədbiri

    Noyabrın 8-də məktəbimizdə 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirildi. Tədbirdə məktəbin şagirdləri müəllimlər və məktəb rəhbərliyi iştirak edirdilər. 
 Tədbirdə qeyd edildi ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir.
 Şagirdlər xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımıza həsr edilmiş şeirlər söylədilər, mahnılar ifa etdilər.

Tədbirin sonunda məktəbin direktoru Günel Xanlarova çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi