Şagirdimiz “Vətənin müdafiəsinə hazıram!” mövzusunda inşa yazı müsabiqəsinin qalibi oldu

    Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilib. İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov və digər rəsmilər iştirak ediblər.

    Məktəbimizin də şagirdləri bu tədbirdə iştirak etdilər. Tədbirdə Nərimanov rayon məktəbliləri arasında keçirilmiş “Vətənin müdafiəsinə hazıram!” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Məktəbimizin şagirdi Ağazadə Adilə Cəbrayıl qızı inşa müsabiqəsində I yerə qayiq görülmüşdür. 
Sonra məktəbli və tələbələrin ifasında vətənpərvərlik mövzularında musiqilər ifa olunmuş, şeirlər oxunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi