DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ

   Oktyabrın 18-də məktəbdə "Müstəqilliyimiz əbədidir" adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbinn rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət  Himninin səsləndirilməsi ilə başladı. Tarix müəllimi Xəyalə Sadıqova  "Azərbaycanın Dövlət Müstəqilliyi Dönməzdir!" mövzusunda məruzə ilə çıxış etdi. Şagirdlər Müstəqillik Gününə həsr edilmiş şeirlər söylədilər, mahnılar ifa etdilər, bir-birindən rəngarəng rəqs nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Günel Xanlarova Dövlət Müstəqilliyinin qorunub saxlanmasında, əbədiliyinin təmin edilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Müstəqilliyinin möhkəmləndirilməsində, Azərbaycanın Dünya miqyasında tanıdılmasında həyata keçirdiyi fəaliyyətlərdən söz açdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi