Valideynin məktəbdə bir günü

            Mayın 31-də " Valideynin məktəbdə bir günü" adlı layihə çərçivəsində görüş keçirildi. Valideynlərə məktəbin tarixi haqqında məlumat verildi, onlara məktəbin fəaliyyəti, tədris prosesi haqqında danışıldı. “Valideynin məktəbdə bir günü” layihəsi haqqında məlumat verilərkən bu layihənin davamlı xarakter daşıdığı söylənildi.   
          Sonra valideynlər qruplara bölünərək qrup rəhbərlərinin müşayəti ilə məktəbin kitabxanası, tibb otağı, yeməkxana, fənn kabinetləri, idman zalı, fənn labarotoriyaları, hərbi otaq və psixoloji xidmət otağı ilə yaxından tanış oldular.

        Tədbirin proqramına uyğun olaraq valideynlər tədris prosesini izləmək üçün dərsləri müşahidə etdilər.
     Sonra valideynlər üçün seminarlar təşkil olundu. Seminarlarda tarix müəllimi Sadıqova Xəyalə valideynlərlə çətin tərbiyə olunan şagirdlərlə münasibət aparılması mövzusunda və məktəbin psixoloqu Şəlalə Mirzəliyeva valideynlərlə “Psixoloji dəstək” mövzusunda söhbətlər apardı. Tərbiyə işləri üzrə direktor müavini A.Cəfərova isə  "Məktəb- şagird - valideyn üçbucağı " mövzusunda çıxış etdi. Valideynləri təşəbbüskar və daha fəal olmağa səslədi, müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verdi. Valideynləri maraqlandıran suallar cavablandırıldı. 
        Sonda tərbiyə işləri üzrə direktor müavini Nağıyeva Sidiqə tərəfindən hazırlanmış istedadı ilə seçilən şagirdlərin hazırladığı bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi