Maarifləndirici təlim

             Uşaqların yaş psixologiyaları və fiziologiyalarına uyğun maarifləndirilməsi, bu sahədə məlumatsızlığın yaratdığı problemlərin aradan qaldırılması məqsədi ilə təlim keçirildi. Təlimlərdə Azərbaycan və rus bölmələrinin 6-8-ci sinif şagirdləri iştirak etdilər. Təlimlər məktəbin psixoloqu Şəlalə Mirzəliyeva tərəfindən aparıldı. O, “Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri”, “Zərərli vərdişlərdən necə qorunmağın yolları” və “Sosial şəbəkələrin fəsadları” mövzusunda çıxış etdi. İnteraktiv təlimdə hər mövzu ətrafında şagirdlərin fikirləri öyrənildi, diskussiyalar aparıldı. Təlimdə şəxsi və əxlaqi dəyərlərimizin düzgün formalaşması, şagirdlərə düzgün və sağlam zəmində cinsi tərbiyə mədəniyyətinin aşılanması, şagirdlərin pis vərdişlərdən uzaqlaşması, asudə vaxtlarını səmərəli keçirməsi kimi məsələlər müzakirə olundu. Eyni zamanda sağlam münasibətlər zəminində akademik nailiyyətlərin, təhsilin keyfiyyətinin yüksəlməsi haqqında şagirdlərə məlumat verildi.

         Psixoloq tərəfindən şagirdlərə  narahat olduqları problemlərlə bağlı valideyn, müəllim, məktəb rəhbərliyi, psixoloq və ya güvəndikləri böyüklərə müraciət etmələri tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi