İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Məktəbdə Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, direktor müavini və  Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutun nümayəndələri iştirak ediblər.

Məktəbin ibtidai sinif müəllimi Adilə Həziyeva tərəfindən təşkil olunan tədbirin məqsədi şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi və onlarda Nəsimi yaradıcılığı barədə bilikləri daha da dərinləşdirməkdən ibarət olub.

İ.Nəsiminin həyat və fəaliyyəti barədə məlumat verilərkən şairin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edilib. Bildirilib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi, Uilyam Şekspir yalnız ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda, bütün bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti əsərlərində ifadə edib.

Tədbirin sonunda şagirdlərin ifasında müxtəlif səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi