"Ölkəmizi tanıyaq" tur-aksiyası

    "Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində məktəbin 10 “B” sinif şagirdi Məmmədov Nurlan Nərimanov  rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə yola salınması mərasimində iştirak edib.

     Tur-aksiyanın əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tədbiyə edilməsi olan tur-aksiyanın təsdiq olunmuş proqramına əsasən şagirdlər  3 gün ərzində Naxçıvanın görməli yerlərində olublar, Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edib, bölgə ilə yaxından tanış olublar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi