HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVANIN AZƏRBAYCANIN MİLLİ-MƏDƏNİ İRSİNİN, ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏTİNİN QORUNMASINDA, BEYNƏLXALQ SƏVİYYƏDƏ TƏBLİĞ OLUNMASINDA MÜSTƏSNA ROLU

     Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu haqqında  yuxarı sinif şagirdlərinin iştirakı ilə diskussiya keçirildi. Tarix müəllimi Xəyalə Sadıqovanın təşkilatçılığı ilə keçirilən diskussiyada Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun müstəsna rolundan, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  keçirilən irimiqyaslı layihələrdən danışıldı. Milli-mənəvi dəyərlərə bağlanan layihələrlə mədəniyyətimizin dünya miqyasında tanındığı vurğulandı.
       
Çıxışlarda qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri ön plana çəkildi. Məhz Mehriban xanım Əliyevanın öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq tarixdə yeni bir mərhələ açdığı söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi