31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

     Tarix olub keçənləri xatırlamaq, baş vermiş hadisələri yadda saxlamaq üçün deyil, tarixin qanlı səhifələrindən ibrət dərsi götürmək üçündür. Bu ibrət dərsi isə düşmənə qarşı amansız olmaq, qazandığımız nailiyyətləri qoruyub saxlamaq, itirdiklərimizi geri qaytarmaqdır. Bütün bunları gənc nəslə çatdırmaq məqsədi ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə bağlı “dəyirmi masa” keçirildi. Təqdimatlarda tarix müəllimləri Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətindən, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri vəhşiliklərdən, 31 Mart Soyqırımın bəşər tarixində baş verən ən qanlı faciələrdən biri kimi tarixə düşdüyündən danışdılar.

     Şagirdlərin hazırladıqları məruzələr dinlənildi, videoçarx nümayiş olundu. Müzakirələrlə keçən təqdimatlarda bir daha vurğulandı ki, tarixin neçə-neçə sınaqlarından şərəflə çıxan xalqımız faciələrdən, soyqırımlardan sarsılsa da qırılmayıb, əksinə daha güclü, qüdrətli dövlətin qurulmasında əzmkarlıq, mübarizlik ruhunu artırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi