NARKOTİKƏ YOX DEYƏK

       Yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinin, hüquq pozuntularının və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində Bakı şəhəri Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə narkomaniyanın törətdiyi fəsadlara toxunuldu, onun insan həyatı üçün necə təhlükə mənbəyi olduğu şagirdlərin diqqətinə çatdırıldı. Əməkdaşlar narkotikin insan orqanizminə, sağlamlığına, mənəviyyatına vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışdılar, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkdilər.

        Tədbirdə şagirdlərin sualları ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi