177 saylı məktəbdə “Şəhidlər ölməzlər” adlı anım mərasimi keçirildi

Nərimanov rayonu 177 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədova həsr olunmuş “Şəhidlər ölməzlər” adlı anım mərasimi keçirildi.Ümummilli lider Heydər Əliyevin və Milli Qəhrəman Əsəd Əhmədovun xatirəsi anıldı.Mərasimə şagird heyəti tərəfindən Azərbaycanın bayrağı gətirildi. Gecənin təşkilatçısı dil-ədəbiyyat müəllimi,metodbirləşmə sədri Nazilə Rəsul qızı Əliyeva Qərbi Azərbaycanda Lori Pəmbək mahalında Cəlal müəllimin ailəsində boya-başa çatmış Əsəd Əhmədovun qəhrəmanlığı haqqında açıqlamalar verdi.Onun bu igidliyini Böyük Vətən müharibəsi illərində qəhrəmancasına həlak olmuş,adları Sovet Ensiklopediyasında yer almış əmiləri,Veysəl vəRəsul Əhmədovlarla bağladı. Mərasimdə 1993-cü ildə Ümummilli lider Heydər əliyevin şəhid ailələrinə göstərdiyi qayğı və dəstəkdən söhbət açıldı.Məhz onun Fərmanı ilə 1993-cü ildə Əsəd Əhmədova Milli Qəhrəman fəxri adı,2015-ci ildə isə hörmətli prezidentimiz İlham Əliyevin diqqəti nəticəsində qəhrəman oğul böyütdüyü üçün şəhidin anası Simuzər anaya “Dədə Qorqud” Milli fondu tərəfindən “Mehriban ana” medalının verilməsi vurğulandı. V-VII-VIII sinif şagirdləri tərəfindən Əsəd Əhmədovun 22 illik nakam həyatından söhbət açaraq bu mövzuda şeirlər söylədilər, səhnəciklər göstərdilər. Məktəbin tarix müəllimi Rəvanə Məmmədovanın tərtib etdiyi “İgid əsgər möhkəm dayan”adlı videoçarxlar nümayiş etdirildi. Mərasimdə AZTV1 şirkətinin nümayəndələri,Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Nərimanov rayon idarəsinin rəisi,polkovnik Qəşəm Mahmudov,Hərbi muzeyin direktoru polkovnik Əzizağa Qənizadə,”Ordu” qəzetinin hərbi müxbiri Lalə Hüseynova,şəhid Əsəd Əhmədovun qardaşı,Qarabağ əlili İntiqam Əhmədov,bacısı Afidə xanım Əhmədova iştirak etdilər. Afidə xanım Əhmədova ailələri adından çıxış edərək şəhid ailələrinə daim diqqət yetirdiyinə görə hörmətli prezidentimiz İlham Əliyevə minnətdarlığını bildirdi. Mərasim M.Tağıyevin ifasında “Zəfər marşı”ilə başa çatdı. Məktəbin direktoru Həqiqət Qarayeva,TTİDM Afilə Cəfərova mərasim iştirakçılarına minnətdarlıqlarını bildirdilər .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi