Böyük Summativ Qiymətləndirilmənin keçirilməsi və yarımillik qiymətləndirmənin hesablanması qaydaları

   

          Məktəbin fəaliyyət planına əsasən 22-25.01.2019-cu il tarixlərində I yarımilin yekunlarına dair müvafiq siniflər və fənlər üzrə dərs proqramları (məzmun standartları) əsasında BSQ–lər keçirilib. Məktəb rəhbərliyi tərəfindən həyata keçirilən BSQ-lərin obyektiv, şəffaf şəkildə keçirilməsi, şagirdlərin sərbəst işlərinin təmin olunması üçün zəruri şərait yaradılıb.
      Məlum olduğu kimi, Böyük Summativ Qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
       Yarımillik qiymətlərinin hesablanması qaydaları məktəb rəhbərliyi tərəfindən müəllimlərə izah edildi. Böyük Summativ Qiymətləndirmənin nəticələrinin yoxlanılması məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə 
fənni tədris edən müəllimlər tərəfindən aparılır.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi