Səməd Vurğunun "Vaqif" dramı

     Dekabrın 27-də məktəbin Azərbaycan dili müəllimləri Nörəstə Fətəliyeva və Bahar Mahmudovanın təşkilatçılığı və məktəb şagirdlərinin iştirakı ilə Səməd Vurğunun “Vaqif” dramı  səhnələşdirildi.
     Tədbirdə şairin həyat və yaradıcılığından danışılıb. Daha sonra şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub və şagirdlərinin hazırladığı ədəbi bədii kompozisiya nümayiş olunub.
     Tədbirdə məktəbin direktoru çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb.
“Xalq Şairi Səməd Vurğunun adı, şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının tarixi, mədəniyyəti bugünkü müstəqilliyimizin ideoloji əsasında dayanan azərbaycançılıq məfkurəsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib”, - deyə Günel Xanlarova bildirib.
    Xalq yaradıcılığı və şifahi söz sənətinin Səməd Vurğun poeziyasının mayasını, qayəsini təşkil etdiyini deyən Günel Xanlarova şairin xalqımızın zəngin söz xəzinəsindən məharətlə bəhrələnərək yüksək poetik potensialı və dərin idrakı ilə XX əsr Azərbaycan şeirinə xüsusi çalarlar gətirdiyini söyləyib.
    Diqqətə çatdırılıb ki, unudulmaz şair qısa bir zamanda tamamladığı “Vaqif” dramında Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, kamilliyini ustalıq və məhəbbətlə əks etdirib. O, “Vaqif” dramına görə ən ali mükafatlara layiq görülüb. Uzun illər teatr səhnələrində oynanılan bu dram tamaşaçıların böyük rəğbətini qazanıb.
   Daha sonra məktəbin şagirdləri şairin “Vaqif” dramı əsasında hazırlanmış səhnəcik göstəriblər. Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.
   Hazırlanmış bədii proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi